İmişli və Neftçalada yanğın baş verib

İmişli və Neftçalada yanğın baş verib

1 May 2019 09:17
Bəyəndim (0) Bəyənmədim (0)

İmişli rayonunun Şahverdili kəndində 15 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Mediainfo.az-ın verdiyi xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Neftçala rayonunun Bankə qəsəbəsində ümumi sahəsi 80 m² olan tikilinin (mağaza və çayxana kimi fəaliyyət göstərir) tavanı 40 m² sahədə və içərisində 4 ədəd stul yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.