Avstriya fahişəxanası evsizlərə pulsuz xidmət göstərir

Avstriya fahişəxanası evsizlərə pulsuz xidmət göstərir

13 Fevral 2012 12:16
Bəyəndim (0) Bəyənmədim (0)
Soyuq havalarda hər kəs mərhəmətli olmağa çalışır

Avropada havaların kəskin soyuması ilə əlaqədar Vyana şəhərinin "Red Rooms Laufhaus" adlı fahişəxanasının sahibi Peter Laskaris evsiz-eşiksizlərə pulsuz xidmət göstərir. Hər gecə 10 səfilə yatmaq üçün otaq verilir. Xidmətə pulsuz yataq dəsti, şam yeməyi və isti duş daxildir. Lakin xanımlarla görüşmə daxil deyil. Peter Laskaris xeyriyyəçiliyin vacib əməl olduğunu bildirir: "Havaların kəskin soyuması ilə əlaqədar müştərilərin sayı xeyli azalıb. Buna qış tətili də təsir edib. otaqlarımız günlərlə boş qalır. Onları xeyriyyə məqsədləri üçün istifadə etməmək vicdansızlıq olardı". P.Laskaris xeyriyyəçiliyin ənənə şəklinə salınacağını və bu kimi əməllərin davamı üçün digər fahişəxanalarla danışıqlar aparacağını bildirib.

Qədim peşə sahibləri insanlığın qədim adət-ənənələrinə sahib çıxdılar...

Aqil Hüseynov

O.M.