Hacıqabulda qaz sızmasından ev partladı

Hacıqabulda qaz sızmasından ev partladı

13 Fevral 2012 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Hacıqabul rayon Yanğından Mühafizə Hissəsindən (YMH) verilən məlumata görə, fevralın 12-də saat 18.30 radələrində rayonun Natəvan küçəsi - 12 ünvanında, Niftəliyev Qaraş Mütəllim oğluna məxsus fərdi yaşayış evinin hamamında partlayışla müşahidə olunan yanğın hadisəsi qeydə alınıb. Hamamda kustar üsulla hazırlanmış qaz sobasının partlaması nəticəsində ev sahibinin həyat yoldaşı, 1982-ci il təvəllüdlü Niftəliyeva Xəyalə Ayazxan qızı 3-cü dərəcəli yanıq diaqnozu ilə Bakı şəhərindəki Yanıq Mərkəzinə yerləşdirilib. Partlayış nəticəsində, həmçinin hamamın tavanı yanıb.

Faktla bağlı FHN Hacıqabul YMH-nin əməkdaşları tərəfindən araşdırma aparırlar.

O.M.