Ermənistan ordusu Qarabağ cəbhəsində atəşkəs rejimini pozdu

Ermənistan ordusu Qarabağ cəbhəsində atəşkəs rejimini pozdu

13 Fevral 2012 10:01
Bəyəndim (0) Bəyənmədim (0)
Düşmən cavab atəşi ilə susduruldu

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri fevralın 12-də saat 09.55-dən 10.00-dək və 17.25-dən 17.30-dək Ağdam rayonunun Yusifcanlı və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən, fevralın 13-də saat 02.30-dan 02.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.