Dövlət qulluqçularının sayı artacaq

Dövlət qulluqçularının sayı artacaq

21 Aprel 2011 12:55
954
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Prezidenti İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan bəzi qurumlarla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb, məlumatı dövlət başçısının rəsmi saytı yayıb.


Nazirlər Kabinetinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin meşə mühafizəsi və bərpası müəssisələrinin və Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin milli parklarının, dövlət təbiət qoruqlarının və dövlət təbiət yasaqlıqlarının işçilərinə dövlət qulluqçusu statusunun verilməsi üçün qanunvericiliyə müvafiq dəyişikliklər edilməsi barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Prezident həmçinin dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə sərəncam imzalayıb.

Nazirlər Kabinetinə dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməyi tapşırılıb.

Müəyyən edilib ki, bu sərəncamda nəzərdə tutulmuş işin dövlət qulluğunun xüsusi növünə aid edilməsi, təhsil və səhiyyə müəssisələrinin növü və xüsusiyyətləri nəzərə alınmaqla, mərhələlərlə həyata keçirilsin.


Səhiyyə və təhsil millətin bu günü və sabahıdır. Sabah isə bu gündən başlayır...


Elvin Babayev


O.M.