İsrailli hərbçilər İbadət dağını murdarladılar

İsrailli hərbçilər İbadət dağını murdarladılar

10 Fevral 2012 17:07
Bəyəndim (0) Bəyənmədim (0)
Qüdsdə yerləşən Əl Həram əl Qüds əş Şərif (Nəcib ocaq) kompleksi yəhudilər, müsəlmanlar və xaçpərəstlər üçün müqəddəs məkan sayılır

Əl-Əqsa məscidinin saytı məlumat verir ki, İsrail ordusunun bir qrup üzvü yəhudilər, müsəlmanlar və xaçpərəstlər üçün müqəddəs sayılan İbadət dağını murdarlayıblar. Daha doğrusu, Qüdsdə yerləşən Əl Həram əl Qüds əş Şərif (Nəcib ocaq), yəni İbadət dağı kompleksinin divarında təbii ehtiyaclarını ödəyiblər.

Xatırladaq ki, İbadət dağı yəhudilərin ən müqəddəs məkanı sayılır. O, həm də müsəlmanların və xristianların müqəddəs yeridir. Burada hər il müxtəlif dinlərdən olan bir milyona qədər zəvvar ibadət edir.

O.M.