Narkoman olan Stiv Cobs işçilərini döyürmüş

Narkoman olan Stiv Cobs işçilərini döyürmüş

10 Fevral 2012 15:28
Bəyəndim (0) Bəyənmədim (0)
FBİ 1990-cı ilə aid məxfi sənədləri araşdırdı

"Apple İnc" şirkətinin yaradıcılarından biri olan mərhum Stiv Cobs haqda yeni bir sensasiyalı məlumat yayılıb. "Комсомольская Правда" qəzetinin xəbərində bildirilir ki, ABŞ Federal Təhqiqat Bürosu (FBİ) 1990-cı ilə aid məxfi sənədləri araşdırarkən Stiv Cobsa aid olan maraqlı məlumatlar əldə edib. Sən demə, dövrünün dahi adamlarından biri sayılan S.Cobs cavanlıqda narkoman imiş. Bununla yanaşı, ətrafındakı adamlara qarşı aqressiv münasibət göstərirdi. İşçiləri ilə danışıqlarını əks etdirən audio yazılarda Stiv Cobsun qaba davranışı, söyüş söyməsi, əl-qol atması açıq-aydın eşidilir. Mərhum texnoloq bütün hallarda hamını özünə tabe etməyə çalışırdı. Bütün bunlara baxmayaraq, məhz qəddarlığı onun XX əsrin ən uğurlu rəhbəri olmasına şərait yaratdı.

Xatırladaq ki, ABŞ Stiv Cobsu XX əsrin dahi adamı elan edib...

Aqil Hüseynov

O.M.