Arnold Şvarsenegger Avropa Birliyinin Prezidentliyi yolunda

Arnold Şvarsenegger Avropa Birliyinin Prezidentliyi yolunda

21 Aprel 2011 12:33
890
Bəyəndim (0) Bəyənmədim (0)

Gazeta.ru saytının verdiyi məlumata görə, Arnold Şvarsenegger Avropaya köçüb və Avropa Birliyinin prezidenti postunu tutmaq uğrunda mübarizə apara bilər.


Şvarseneggerin məsləhətçisi Terri Taminnen bildirir ki, avropalılar birliyə daha nüfuzlu, güclü, təcrübəli şəxsin rəhbərlik etməsini arzulayırlar: "Fransa bu postu almanın tutmasına razı olmayacaq. Alman da italiyalıya güzəştə getməz. Şvarsenegger isə bu postun ən uğurlu namizədidir, çünki əslən avstriyalıdır."


Xatırladaq ki, Şvarsenegger əvvəllər Kaliforniya ştatının qubernatoru vəzifəsində işləyib.


Arnold siyasətçi kimi çox perspektivlidir. Çünki artistliyi bacarır...


Hafiz Əhmədov


O.M.