Rusiyada internet cinayətkarlığına qarşı xüsusi polis idarəsi yaranacaq

Rusiyada internet cinayətkarlığına qarşı xüsusi polis idarəsi yaranacaq

10 Fevral 2012 13:26
705
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Dmitri Medvedev Daxili İşlər naziri Rəşid Nurqaliyevdən tələb edib ki, ölkədə internet cinayətkarlığına qarşı mübarizə aparacaq xüsusi polis idarəsi yaradılsın. Interfax-ın məlumatına görə, prezident həmçinin bütün polis rəislərinin tezliklə internetdən istifadə etməyi öyrənməsini, əks halda, həmin rəislərin daha savadlı kadrlarla əvəz olunmasını nazirə tapşırıq verib.

O.M.