Dünən Gəncədə 14 nəfər sürüşərək ağır travma alıb

Dünən Gəncədə 14 nəfər sürüşərək ağır travma alıb

10 Fevral 2012 11:36
Bəyəndim (0) Bəyənmədim (0)

Havaların şaxtalı və qarlı keçməsi nəticəsində son bir neçə gün ərzində Gənə şəhərində sürüşərək travma alanların sayı 14-ə çatıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-ya verilən məlumata görə, bir neçə gün ərzində Gəncədə qarlı havanın müşahidə edilməsi və havaların saxtalı keçməsi nəticəsində sürüşərək travma alan 14 nəfər xəstəxananın travmatologiya şöbəsinə müraciət edib. Onlardan bir neçəsinin xəsarətləri ağır olduğundan şöbəyə yerləşdirilib, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

O.M.