Dünən 1 nəfər donaraq öldü, 33 nəfər dəm qazından zəhərləndi, 18 nəfər sürüşərək travma aldı

Dünən 1 nəfər donaraq öldü, 33 nəfər dəm qazından zəhərləndi, 18 nəfər sürüşərək travma aldı

10 Fevral 2012 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Baş həkimi Mürsəl Həmidovun verdiyi məlumata görə, dünən stansiyaya 1431 müraciət olub. Müraciət edənlərin 146 nəfəri xəstəxanaya yerləşdirilib. Müraciət edənlərdən 61 nəfər travma alıb, həmin şəxslərdən 40-ı xəstəxanaya çatdırılıb. Qarlı hava şəraiti ilə əlaqədar sutka ərzində 18 nəfər yıxılaraq travma alıb, onlardan 16-sı xəstəxanaya yerləşdirilib. Son sutka ərzində Xəzər rayonunun Pirallahı qəsəbəsində "bomj" olduğu bildirilən 55 yaşlarında kişi donvurmadan ölüb.

Ümumilikdə sutka ərzində dəm qazından zəhərlənmə diaqnozu ilə 33 nəfər təcili yardıma müraciət edib. Onlardan 17 nəfəri xəstəxanaya yerləşdirilib.

O.M.