"İlin ən yaxşı məktəbi" müsabiqəsi yekunlaşıb

"İlin ən yaxşı məktəbi" müsabiqəsi yekunlaşıb

21 Aprel 2011 12:46
3 797
Bəyəndim (0) Bəyənmədim (0)

2010 - 2011-ci dərs ilində keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin III turu başa çatıb .


Bu il "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində iştirak üçün respublikamızın əksər bölgələrini təmsil edən 145 məktəb Təşkilat Komitəsinə müraciət edib. Bu isə keçən illə müqayisədə 22 məktəb çoxdur. Onlardan 63-ü (43 faiz) Bakının, 82-si (57 faiz) digər rayon və şəhərlərin məktəbləridir.


Artıq III turu başa çatmış müsabiqənin hər üç mərhələsinin nəticələrinə Təşkilat Komitəsində baxılaraq qalib olan 47 ümumtəhsil məktəbi müəyyən ediləcək. "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin 3 qalibi isə ötən illərdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasının tədris ocaqları arasından seçiləcək.


Qeyd edək ki, ilin " ən yaxşı müəllimi " müsabiqəsi isə hələ də davam edir.

Bu ilki "Ən yaxşı müəllim" müsabiqəsində iştirak üçün 425 müəllim sənəd təqdim edib. Onlardan 10-u sənədləri müvafiq tələblərə cavab vermədiyi üçün yarışmaya baxılmayıb, 415 müəllimin sənədi isə ekspertizadan keçirilib.


Ad almaq olar. Amma ada layiq olmaq çox çətindir...


Elvin Babayev



O.M.