Dünən 17 nəfər dəm qazından zəhərləndi, 42 nəfər sürüşərək travma aldı

Dünən 17 nəfər dəm qazından zəhərləndi, 42 nəfər sürüşərək travma aldı

9 Fevral 2012 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun verdiyi məlumata görə, dünən stansiyaya 1262 müraciət daxil olub, müraciət edənlərin 165 nəfəri xəstəxanaya çatdırılıb. Müraciət edənlərdən 102 nəfər travma alıb, həmin şəxslərdən 61 nəfəri xəstəxanaya çatdırılıb. Qarlı hava şəraiti ilə əlaqədar sutka ərzində 42 nəfər yıxılaraq travma alıb, onlardan 29-u xəstəxanaya yerləşdirilib. Son sutka ərzində dəm qazı ilə zəhərlənmə diaqnozu ilə 17 nəfər təcili yardıma müraciət edib. Onlardan 11-i xəstəxanaya yerləşdirilib.

O.M.