Sabah Bakıda havanın temperaturu 13-15 dərəcə şaxta təşkil edəcək

Sabah Bakıda havanın temperaturu 13-15 dərəcə şaxta təşkil edəcək

8 Fevral 2012 13:53
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah Bakıda havanın temperaturu 13-15 dərəcə şaxta təşkil edəcək. Bu gün 11 dərəcə şaxta ilə 1969-cu ilin rekord göstəricisi təzələnib. ETSN-nin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, səhər saat 6-7 radələrində qeydə alınmış göstərici 110 ilin rekordudur. Şaxta nəticəsində Xəzərin sahilə yaxın hissələri donub. Bu isə 1970-ci ildən bəri ilk dəfə müşahidə olan hadisədir. Departamentin məlumatına görə, sabah Bakıda havanın temperaturunun 13-15 dərəcəyə qədər azalacağı gözlənilir.

O.M.