Dünən 5 nəfər dəm qazından zəhərləndi, 17 nəfər sürüşərək ciddi travma aldı

Dünən 5 nəfər dəm qazından zəhərləndi, 17 nəfər sürüşərək ciddi travma aldı

8 Fevral 2012 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun verdiyi məlumata görə, dünən sutka ərzində Stansiyaya 1329 müraciət olub, müraciət edənlərin 129 nəfəri xəstəxanaya çatdırılıb. Müraciət edənlərdən 53 nəfər travma alıb, həmin şəxslərdən 40 nəfəri xəstəxanaya çatdırılıb. Qarlı hava şəraiti ilə əlaqədar travma alanların sayı 17 nəfər olub. Onlardan 16-sı xəstəxanaya yerləşdirilib. Son sutka ərzində dəm qazı ilə zəhərlənmə diaqnozu ilə 5 nəfər təcili yardıma müraciət edib. Onlardan 1 nəfər xəstəxanaya yerləşdirilib.

O.M.