Liviya müharibəsinin ən kiçik qurbanı

Liviya müharibəsinin ən kiçik qurbanı

4 Aprel 2011 09:02
Bəyəndim (0) Bəyənmədim (0)
3 aylıq körpə öldürüldü

Müəmmar Kəddafinin rəhbərliyi buraxmaq istəməməsi, üsyançıların onu taxtından endirmək niyyəti, Liviyada yaşanan qarışıqlıq dünən hələ adı belə qoyulmamış 3 aylıq günahsız bir körpənin ölümünə səbəb oldu. Daha çox qazana bilmək üçün fəhlə kimi Liviyaya gələn, ancaq qarşıdurmalardan qaça bilməyərək burada qapalı qalan bir işçinin uşağı gözlərini əbədi yumdu. Liviyadakı qarşıdurmaların bəlkə də ən kiçik can itgisi olan balaca geridə gözüyaşlı bir ana və körpəsinin ölümündən kimi məsul tutacağını bilməyən bir ata buraxdı.

O.M