Respublika Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət etdi

Respublika Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət etdi

8 Fevral 2012 11:07
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycanın magistral yollarını buz bağlayıb

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin verdiyi məlumata görə, ötən gündən yağmağa başlayan aramsız qar Bakı-Quba, Bakı-Şamaxı və Gəncə-Qazax yollarında nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb. Həmin istiqamətlərdə və Ağsu aşırımında yolun hərəkət istiqaməti buz bağladığı üçün nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb. Adıçəkilən istiqamətlərdə hərəkət edən sürücülərdən zənciri, mövsümi qış təkərləri və hər iki oxu aparıcı olan avtomobillərdən istifadə etmələri tövsiyə olunur. Bakı şəhər Dövlət Yol Polis İdarəsindən də paytaxtın bəzi yollarında təhlükəli vəziyyətin yarandığı bildirilib. Mövcud vəziyyəti nəzərə alaraq, sakinləri buzlu yollarda mümkün qədər şəxsi avtomobillərindən az istifadə etmələri, əsasən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur. Məlumatda o da bildirilir ki, ötən gecə ölkə ərazisində baş verən 3 yol qəza hadisəsində ölən olmasa da, 3 nəfər xəsarət alıb.

O.M.