Tərtər istiqamətində atəşkəs pozuldu

Tərtər istiqamətində atəşkəs pozuldu

8 Fevral 2012 10:31
Bəyəndim (0) Bəyənmədim (0)
Düşmən cavab atəşi ilə susduruldu

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 7-də saat 15.50-dən 16.00-dək və 19.00-dan 19.10-dək Tərtər rayonunun Çiləbürt və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.