Çin məmurları işə piyada, velosipedlə və ya ictimai nəqliyyatla gedəcəklər

Çin məmurları işə piyada, velosipedlə və ya ictimai nəqliyyatla gedəcəklər

7 Fevral 2012 11:09
Bəyəndim (0) Bəyənmədim (0)
Yeni qanun istisnasız bütün vəzifə sahiblərinə şamil olunacaq

Çin Xalq Respublikasının (ÇXR) Kommunist partiyası növbəti XII beşillikdə (2011-2015-ci illər) yollarda avtomobillərin sayını kəskin şəkildə azaltmağı qərara alıb. İnterfax Çinin "Çjunqo Sinven" xəbər agentliyinə istinadən bildirir ki, islahata görə, Çinin yüksək və orta ranqlı dövlət məmurları həftədə bir dəfə xidməti avtomobillərindən istifadə edə bilməyəcəklər. Maşının dövlət nömrə nişanının sonuncu rəqəminə uyğun olaraq, hər bir məmur həftənin bir günü işə piyada, velosipedlə və ya ictimai nəqliyyatla getməli olacaq. ÇXR Dövlət Komitəsi ilə Maliyyə Nazirliyinin birgə hazırladıqları sənəd bütün vəzifə sahiblərinə şamil olunacaq. Belə ki, məmurlar işlə əlaqədar bir kilometrlik məsafəni piyada, 3 kilometri velosipedlə, 5 kilometr və ya daha artıq məsafəni ictimai nəqliyyatla qət edəcəklər.

O.M.