Yunanıstan Türkiyə ilə sərhədinə hasar çəkir

Yunanıstan Türkiyə ilə sərhədinə hasar çəkir

7 Fevral 2012 02:43
Bəyəndim (0) Bəyənmədim (0)
Təkcə ötən il üçüncü ölkələrdən Türkiyə vasitəsilə Avropaya qeyri-qanuni köç etmək istəyən 55 min emiqrant Yunanıstan sərhədində yaxalanıb

Yunanıstan Türkiyə ilə sərhədinin 10 km ərazisinə 2.5 metr hündürlükdə hasar çəkir. Hasar ikiqat maneə tikanları ilə əhatə olunacaq və üzərinə 24 nəzarət kamerası quraşdırılacaq. İtar Tass-ın məlumatına görə, bunu Yunanıstanın Əhalinin Müdafiəsi naziri Xristos Papusis dünən axşam saatlarında jurnalistlərə açıqlamasında bildirib: "Bu, kontrabandalar və qanunsuz miqrantlara qarşı atılan addımdır. Biz icazə verə bilmərik ki, Yunanıstan onlar üçün Avropa İttifaqı ölkələrinə tranzit rolunu oynasın."

Xatırladaq ki, təkcə ötən il üçüncü ölkələrdən Türkiyə vasitəsilə Avropaya qeyri-qanuni köç etmək istəyən 55 min emiqrant Yunanıstan sərhədində yaxalanıb.

Nədənsə Avropa dövlətlərinin ordusu Yaxın Şərq ölkələrinə qeyri-qanuni daxil olanda sərhədə fikir vermirlər...

Murad Şahməmmədov

O.M.