Bakıda "Mercedes" alışaraq yandı

Bakıda "Mercedes" alışaraq yandı

21 Aprel 2011 12:11
800
Bəyəndim (0) Bəyənmədim (0)


Bakı şəhəri, Yasamal rayonunda gecə saat iki radələrində "Mercedes" markalı mikroavtobusda yanğın baş verib.

Yanğının şiddətli olması yaxınlıqdakı maşınların ziyan görməsinə səbəb olub. Belə ki, yüksək temperatur nəticəsində yaxınlıqda dayanmış "Otoyol" markalı avtobusun 2 ədəd şüşəsi partlayıb.

Hadisə yerinə dərhal yanğın söndürənlər gəlib. FHN -nin əməkdaşları hadisəyə müdaxilə edərək alovun yayılmasının və ətrafdakı maşınlara keçməsinin qarşısını alıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Araşdırma aparılır.