Barak Obamanın nənəsi avtomobil qəzasına düşdü

Barak Obamanın nənəsi avtomobil qəzasına düşdü

6 Fevral 2012 18:11
Bəyəndim (0) Bəyənmədim (0)
91 yaşlı Sara Obama aşmış maşından sağ çıxmağı bacardı

ABŞ prezidenti Barak Obamanın 91 yaşlı nənəsi Sara Obama Nayrobidə yol-nəqliyyat qəzasına düşüb. Onun olduğu maşın qarşı tərəfdən gələn avtomobilin təqsiri ucbatından aşıb. Sara Obama təcili surətdə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Xatırladaq ki. Sara Obama Barak Obamanın babasının ikinci arvadıdır. ABŞ prezidenti Keniyaya səfər edərkən onunla da görüşüb. Barak Obama hətta atası barədə qələmə aldığı memuarlarında da ögey nənəsinin adını çəkib. Nənənin özü də Barakı çox istədiyini deyir, lakin nəvəsi ilə tərcüməçi vasitəsilə danışdığından gileylənir.

Əsas dil bilmək deyil, dil tapmaqdır...

Murad Şahməmmədov

O.M.