Obama Liviya müxalifləri üçün nağd pul ayıracaq

Obama Liviya müxalifləri üçün nağd pul ayıracaq

21 Aprel 2011 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

Barak Obama hakimiyyəti liviyalı müxaliflərə nağd pul yardımı etmək qərarına gəlib. Obama hakimiyyətinin Liviya müxalifətinə 25 milyon dollar nağd pul yardımı edəcəyi açıqlanıb. Yardımın xalqa kömək məqsədilə ediləcəyi bildirilib.

Barak Obama nağd pulun Binqazidəki müxalif dairənin rəhbərinə veriləcəyini söyləyib. Obama nağd pulların Qəddafi gücləri tərəfindən zülmə məruz qalan xalqın müdafiəsi üçün xərclənəcəyini də vurğulayıb.

Müxaliflər pulla alınırlar ki, Qəddafiyə qarşı bir az da vuruşsunlar. Yoxsa pul niyə onların rəhbərinə, həm də nağd şəkildə verilsin?..

Hafiz Əhmədov

O.M.