Dünən 19 nəfər dəm qazından zəhərləndi, 18 nəfər sürüşərək travma aldı

Dünən 19 nəfər dəm qazından zəhərləndi, 18 nəfər sürüşərək travma aldı

6 Fevral 2012 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasının baş həkimi Mürsəl Həmidov bildirir ki, dünən sutka ərzində Stansiyaya 1526 müraciət daxil olub. Müraciət edənlərdən 136 nəfər xəstəxanaya çatdırılıb. Onun sözlərinə görə, müraciətlərin 61-i travmalarla bağlı olub. Onlardan 18 nəfəri buzda sürüşmə nəticəsində müxtəlif dərəcəli travma alıb. Buzda sürüşərək travma alanlardan 17 nəfər xəstəxanalara çatdırılıb. M.Həmidov həmçinin qeyd edib ki, dünən Bakıda 19 nəfər dəm qazından zəhərlənib. Onlardan 15-i xəstəxanalara yerləşdirilib. Ötən sutka ərzində baş verən 3 yol-nəqliyyat qəzası hadisəsi nəticəsində isə 2 nəfər müxtəlif dərəcəli xəsarət alıb və xəstəxanalara yerləşdirilib.

O.M.