Hüsnü Mübarəkin arvadı özünü öldürmək istəyib

Hüsnü Mübarəkin arvadı özünü öldürmək istəyib

4 Fevral 2012 20:42
Bəyəndim (0) Bəyənmədim (0)
Syuzan Mübarəkin qələmə aldığı "Misirin birinci xanımı - 30 il Misir rəhbərliyində" adlı kitabın hüquqları 10 milyon funt sterlinqə satıldı

Misirin devrilmiş prezidenti Hüsnü Mübarəkin arvadı Syuzan iddia edir ki, 01 fevral günü ABŞ Hüsnüyə siyasi sığınacaq təklif edib. Məktubu xüsusi elçi gətirib. Lakin o vaxt H.Mübarəkin sənədləri qaydasında olmadığı üçün sabiq prezident təklifi qəbul edə bilməyib. Analoji təklif Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn və BƏƏ-dən də gəlib. Bu sözlər Syuzan Mübarəkin qələmə aldığı "Misirin birinci xanımı - 30 il Misir rəhbərliyində" adlı kitabda yer alıb. Kitabın hüquqları Böyük Britaniyanın mətbəələrindən birinə 10 milyon funt sterlinqə satılıb. Hazırda kitabdan seçmə yazılar Rosaonline saytında dərc olunur. Qeyd edək ki, Syuzan Mübarək 2005-ci ildən 2011-ci ilin sentyabrına kimi şəxsi gündəlik tutub və həyatını öz xətti ilə qələmə alıb.

Kitabda yazılır ki, Syuzan yeniyetmə yaşlarında balet oynamağı sevirdi və gələcəkdə stüardessa olmaq istəyirdi. O, gənc təyyarəçi Hüsnü ilə tanış olanda düşünürdü ki, tezliklə bu arzusunu yerinə yetirə biləcək.

Xatırladaq ki, ötən ilin 13 may günü Misirin Baş prokurorluğunun vəsatəti ilə məhkəmə Syuzan Mübarəki dövlət əmlakını mənimsəməkdə ittiham edərək, barəsində həbs qətimkan tədbiri seçib. O zaman sabiq birinci xanım çoxlu sayda dərman qəbul edərək intihara cəhd göstərib. Lakin həkimlər onun həyatını xilas edə bildilər. Daha sonra xanım Mübarək xəstəxanada ərinin yanına yerləşdirilib. Bir müddət keçdikdən sonra isə bütün ittihamlar onun üzərindən götürülüb.

Bəzən ölüm çəkilən iztirabların qarşısında uşaq oyuncağına bənzəyir...

Aqil Hüseynov

O.M.