Almaniyada "zoofiliya" geniş yayılır

Almaniyada "zoofiliya" geniş yayılır

4 Fevral 2012 19:25
Bəyəndim (0) Bəyənmədim (0)
İnternet vasitəsilə müştərilərə fahişəliyə cəlb edilmiş heyvanlar təqdim olunur

Almaniyada "zoofiliya" geniş yayılır. Artıq vəziyyət kritik hal alıb. Belə ki, Almaniya qanunlarına görə heyvanlarla cinsi əlaqəni əks etdirən porno görüntülərin yayılması qadağan olsa da, "zoofiliya" qadağan edilməyib. Məhz qanundakı bu boşluq ölkədə heyvanların fahişəliyə cəlb olunduğu əxlaqsızlıq yuvalarının sayını durmadan artırır. Həmin məkanlarda heyvanlar cinsi təcavüzə məruz qalırlar. Almaniyanın "Frankfurter Rundschau" qəzetinə müsahibə verən Qessen Federasiyası hökumətinin heyvanların hüquqlarının qorunması məsələlərinə baxan məmuru Madelin Martin həyəcan təbili çalır: "Almaniya "zoofiliya" fahişəxanalarının böyük meydançasına çevrilib. Ölkədə heyvanların cinsi təcavüzə məruz qaldığı fahişəxanaların sayı durmadan artır. Heyvanlarla cinsi əlaqədə olmaq dəb halını alıb və cəmiyyət artıq bunu normal qarşılamağa başlayıb. Bunda internetin də rolu var."

Madelin Martin nümunə olaraq Qessen Federal torpağında təklif olunan bu cür əxlaqsızlıq yuvalarını göstərərək deyib: "Prokurorluq həmin şəxslər barədə ittiham irəli sürməkdə acizdir. Odur ki, ölkədə heyvanların hüquqlarını qorumaq haqda qanun dərhal dəyişdirilməlidir. "Zoofiliya" qanunla qadağan olunmalıdır".

Təbiətin ən təhlükəli yırtıcısı insandır. Çünki digər heyvanlardan fərqli olaraq şüurludur...

Murad Şahməmmədov

O.M.