Dünən 60 nəfər sürüşərək xəsarət alıb, 18 nəfər dəm qazından zəhərlənib

Dünən 60 nəfər sürüşərək xəsarət alıb, 18 nəfər dəm qazından zəhərlənib

3 Fevral 2012 10:32
Bəyəndim (0) Bəyənmədim (0)
Düdən donan 3 bomjdan ikisinin həyatını xilas etmək mümkün olub

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Baş həkimi Mürsəl Həmidovun açıqlamasına görə, dünən gün ərsində 18 zəhərlənmə hadisəsi qeydə alınıb, bir nəfər azyaşlı körpə dəm qazından boğularaq ölüb. Son sutka ərzində kəskin hava şəraiti ilə əlaqədar Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 1239 çağırış daxil olub, xəstələrdən 204 nəfər xəstəxanaya çatdırılıb. Baş həkim qeyd edib ki, müraciət edənlərdən 132 nəfəri travma alıb, onlardan 87 nəfəri xəstəxanaya çatdırılıb. Travma alanların 66 nəfəri sürüşüb yıxılmaqla xəsarət alanlardır. Onlardan 60 nəfəri xəstəxanaya çatdırılıb: "Qalanları məişət travmaları, yol-nəqliyyat hadisələri zamanı travma alanlardır. Sutka ərzində yol qəzaları ilə bağlı təcili yardıma 2 müraciət daxil olub. Dəm qazı ilə əlaqədar dünən sutka ərzində 18 zəhərlənmə hadisəsi olub. Onlardan 11-i xəstəxanaya çatdırılıb, 1 nəfər isə dəm qazından ölüb. Dəm qazından ölən 1 yaş yarımlıq oğlan uşağı Rəsulzadə qəsəbə sakinidir. Körpənin valideynləri isə xəstəxanaya yerləşdiriliblər".

O.M.