Ağdam və Füzulidə atəşkəs pozuldu

Ağdam və Füzulidə atəşkəs pozuldu

2 Fevral 2012 10:40
Bəyəndim (0) Bəyənmədim (0)
Düşmən cavab atəşi ilə susduruldu

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 1-də saat 22.40-dan 22.43-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, fevralın 2-də saat 01.10-dan 01.15-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
O.M.