"Milliyet" və "Vatan" qəzetləri satılıb

"Milliyet" və "Vatan" qəzetləri satılıb

21 Aprel 2011 11:02
977
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin media maqnatlarından olan Aydın Doğana məxsus "Milliyet" və "Vatan" qəzetləri satılıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, "Doğan" media holdinqinə aid qəzetlərin Demirören və Karacan qrupunun ortaq şirkəti "DK" Media və Yayım Şirkətinə satılması ilə bağlı razılıq əldə olunub.

"DK" şirkəti "Milliyet" üçün 48 milyon, "Vatan" üçün 26 milyon dollar ödəyəcək. "Doğan" holdinqinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, razılaşma barədə daha sonra ətraflı informasiya veriləcək.

Qəzet satıla bilər, təki jurnalist əqidəsi satılmasın...


Hafiz Əhmədov


O.M.