N.Sarkozi bir günə 39200 avro dövlət vəsaitini mənimsədi

N.Sarkozi bir günə 39200 avro dövlət vəsaitini mənimsədi

1 Fevral 2012 22:24
Bəyəndim (0) Bəyənmədim (0)
O, dövlət və hökumət rəsmiləri üçün nəzərdə tutulan təyyarəni oğlunun ixtiyarına verdi

Fransanın "Le Canard Enchaine" qəzetinin bugünkü məqaləsinə istinad edən İnterfax-ın məlumatına görə, Fransa prezidenti Nikola Sarkozi vəzifə səlahiyyətlərini aşaraq dövlət mülkiyyətini şəxsi məqsədlərində istifadə edib. Bu da büdcəyə 39,2 min avroya başa gəlib. Daha dəqiq desək, dövlət və hökumət rəsmiləri üçün nəzərdə tutulan təyyarəni Odessada xəstələnən oğlunun yanına göndərib. Təyyarə bütün günü Pyer Sarkozinin (DJ Mosay) ixtiyarında olduqdan sonra onu 7 saat ərzində Parisə gətirib. Qeyd edək ki, "Falkon-20" reaktiv təyyarəsi prezident və digər rəhbər işçilər üçün nəzərdə tutulub. Fransa qanunlarına görə, onu şəxsi məqsədlər üçün heç kim istifadə edə bilməz. Təyyarə nadir hallarda yalnız ictimai əhəmiyyət kəsb edən şəxslərin uçuşuna xidmət edə bilər. Fransa ictimaiyyətinin fikrincə, Dj Mosay ləqəbli Pyer Sarkozi ölkə üçün heç bir əhəmiyyət kəsb etmədiyi üçün onun atasının hərəkəti məhkəmə predmeti olmalıdır.

"Fransa prezidenti Nikola Sarkozinin vəzifə səlahiyyətlərini aşaraq dövlət mülkiyyətini şəxsi mənafeyi üçün istifadə etdiyini" inkar edənləri 1 il həbsə almaq və 45 min avro cərimə etmək lazımdır...

Murad Şahməmmədov

O.M.