Sabah şiddətli qar yağacaq, çovğun olacaq

Sabah şiddətli qar yağacaq, çovğun olacaq

1 Fevral 2012 19:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, sabahdan başlayaraq ölkə ərazisində kəskin hava şəraiti müşahidə olunacaq. Fevral ayının 2-dən başlayaraq Bakı və Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi gözlənilir. Təzyiqin yüksəlməsi güclü küləyə səbəb olacaq. Eyni zamanda şimaldan daxil olan soyuq atmosfer kütlələrinin, antisiklonun ölkə ərazisinə daxil olması gözlənilir ki, bu səbəbdən də fevralın 2-də güclü şimal-qərb küləyi ilə müşahidə olunan qar yağacaq. Havanın temperaturu kəskin düşəcək. Bu gün axşamdan temperaturun 0 dərəcəyə yaxın olacağı, ayın 2-də isə gecə və səhər saatlarında 0-3 dərəcə şaxta təşkil edəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi ayın 2-də bütün gün ərzində müşayiət ediləcək. Güclü şimal küləyi ilə müşahidə olunan qarın yağması isə çovğuna səbəb olacaq.

O.M.