Gəncənin Mərkəzi bazarı yandı

Gəncənin Mərkəzi bazarı yandı

1 Fevral 2012 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 05.00 radələrində Gəncə şəhər Mərkəzi Bazarında yanğın olub. Yanğın bazarın geyim və digər əşyalar satılan hissəsində baş verib. Xəsarət alan olmasa da, dükan sahiblərinə külli miqdarda ziyan dəyib. Yanğının söndürülməsinə Gəncə şəhəri ilə yanaşı, Samux, Göygöl və Şəmkir rayonlarından yanğınsöndürmə briqadaları cəlb edilib. Təxminən 3 saat ərzində yanğınsöndürmə briqadaları yanğını söndürə biliblər. Yanğın nəticəsində ümumi sahəsi 15 min kvadrat olan bazarın 2 min kvadratmetri tamamilə yanıb. Hazırda yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

O.M.