Bakı-Şamaxı yolunda qəza baş verib

Bakı-Şamaxı yolunda qəza baş verib

21 Aprel 2011 11:03
Bəyəndim (0) Bəyənmədim (0)


Ötən gecə Bakı-Şamaxı yolunun 12-ci kilometrliyində iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə "Mercedes"in "Ford"a, ikincinin isə yük maşınına çırpılması nəticəsində baş verib.


Qəza nəticəsində "Mercedes"in sürücüsü Cavid Qurbanov və onun yanında olan sərnişin Tural Qasımzadə ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, həkimlərin səyi nəticəsində hər iki yaralının həyatını xilas etmək mümkün olub.

Yol nəqliyyat hadisəsinin səbəbləri isə baş dövlət yol polis idarəsinin istintaq və təhqiqat şöbəsində araşdırılır. İdarənin əməkdaşları tərəfindən qəzanın qeydə alındığı ünvanda araşdırma aparılıb. Qəzanın dəqiq səbəbləri təyin ediləcək ekspertizaların rəyindən sonra məlum olacaq.