MAQATE İranda bəzi kəşfiyyat məlumatlarını dəqiqləşdirə bildi

MAQATE İranda bəzi kəşfiyyat məlumatlarını dəqiqləşdirə bildi

31 Yanvar 2012 23:49
Bəyəndim (0) Bəyənmədim (0)
MAQATE-İran rəsmi görüşləri nəticəsiz qaldı

İranın Fars xəbər agentliyinin məlumatına görə, MAQATE ekspertlərinin İran rəhbərliyi ilə üç günlük danışıqları real nəticələr verməyib. Tərəflər nəticə barədə ətraflı danışmaq istəməsələr də, məlumdur ki, 6 beynəlxalq ekspert nüvə obyektlərinin heç birində olmayıb. Tərəflər formal olaraq danışıqların davamı haqda şifahi razılığa gəlsələr də, növbəti görüşün dəqiq tarixi bilinmir. Ekspertlər çərşənbə günü MAQATE-nin Vyanadakı mənzil qərargahına qayıdacaqlar.

NEWSru.co.il-in məlumatına görə, beynəlxalq nümayəndələr İran görüşündən o qədər də narazı qalmayıblar. Onlar ABŞ kəşfiyyatının əvvəldən müəyyən etdiyi yeraltı nüvə obyektlərinə buraxılmasalar da, uranın zənginləşdirilməsi işi üzrə İranın xeyli geridə olduğunu müəyyən edə biliblər. Məlum olub ki, İran dünya mətbuatının bildirdiyi kimi heç də uranı 20 % zənginləşdirə bilməyib. Deməli, İslam dövləti gözlənildiyinin əksinə olaraq, yaxın 3 ildə nüvə silahı hazırlaya bilməyəcək.

O.M.