İctimai Palatanın üzvləri M.Ə.Rəsulzadəni yada saldılar

İctimai Palatanın üzvləri M.Ə.Rəsulzadəni yada saldılar

31 Yanvar 2012 21:08
Bəyəndim (0) Bəyənmədim (0)

İctimai Palatanın (İP) üzvləri Məhəmməd Əmin Rəsulzadənin ad günü münasibətilə onun Novxanıdakı abidəsini ziyarət ediblər. İP-dən verilən məlumata görə, havanın şaxtalı olmasına baxmayaraq, tədbirdə kifayət qədər şəxs iştirak edib. İP Koordinasiya Şurasının (KŞ) üzvü Mehriban Vəzirin aparıcılıq etdiyi toplantıda İP KŞ-nin üzvləri - AXCP sədri Əli Kərimli, İlqar İbrahimoğlu, Nəsiman Yaqublu, M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, Müsavat başqanının müavini Gülağa Aslanlı çıxış ediblər. Tədbir iştirakçıları sonda M.Ə.Rəsulzadənin valideynlərinin məzarlarını ziyarət edib, əklil qoyublar.

O.M.