Ailəsi ermənilərə əsir düşmüş əsgərə məktub yolladı

Ailəsi ermənilərə əsir düşmüş əsgərə məktub yolladı

31 Yanvar 2012 19:14
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 23-də Ermənistan hərbçiləri tərəfindən Tərtər rayonu ərazisində əsir götürülmüş Azərbaycan hərbçisi Məmmədbağır Axundzadənin ailəsinə göndərdiyi məktubun məzmunu açıqlanıb: "Mən yaxşıyam. Sağ-salamatam. Özüm də bilmirəm, necə əsir düşmüşəm. Qayıtmaq istəyirəm. Çox istəyirəm ki, qayıdım".
Əsirin atası Talıb Axundzadə bildirib ki, ailəsi də Məmmədbağıra məktub yazaraq, onu gözlədiklərini bildirib: "Ata-anan, bütün qohumlar, qonşular yolunu səbirsizliklə gözləyirik. Allahın köməyi ilə sağ-salamat qayıtmağını istəyirik".
Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb.

O.M.