"Eurovision-2012"-nin aksessuarları hazırlanır

"Eurovision-2012"-nin aksessuarları hazırlanır

31 Yanvar 2012 13:51
Bəyəndim (0) Bəyənmədim (0)

"Eurovision-2012" mahnı müsabiqənin saytının məlumatına görə, müsabiqənin təşkilati məsələlər üzrə rəhbəri Sietse Bakker "Light your fire" şüarı altında keçiriləcək müsabiqə ilə bağlı müxtəlif aksessuarların hazırlanması prosesinə başlandığını bildirib: "Müxtəlif keyfiyyətdə və fərqli qiymətlərə olan məhsullar üzərində iş gedir. Satışa çıxarılacaq aksessuarlar hər bir şəxsin büdcəsinə uyğun olacaq. Bu aksessuarlar tezliklə satışa çıxarılacaq".

Bakının müxtəlif yerlərində aksessuarların satış nöqtələri fəaliyyətə başlayacaq. Eyni zamanda müsabiqənin keçiriləcəyi "Bakı Crystal Hall"da da aksessuarların satışının təşkil olunması nəzərdə tutulur.

O.M.