Müqəddəs Vatikanın rəhbərləri rüşvət qalmaqalında

Müqəddəs Vatikanın rəhbərləri rüşvət qalmaqalında

31 Yanvar 2012 00:25
Bəyəndim (0) Bəyənmədim (0)
Sən demə, bu cırtdan dövləti mafiya idarə edir

İtaliyanın özəl "La 7" telekanalı müqəddəs Vatikanın rəhbərliyində kök salmış rüşvətlə bağlı süjet hazırlayıb. Süjetin ana xətti 2009-2011-ci illərdə Vatikan qubernatorunun müavini işləmiş Karlo Mario Viqanonun məktubları əsasında hazırlanıb. Belə ki, adıçəkilən keşiş vəzifədə olarkən ölkədəki muzey, kilsə, park, dövlət idarələri və sair binaların memarlığına nəzarət edirdi. Bir müddətdən sonra o, hiss elədi ki, Vatikanda görülən işlər üçün bazar qiymətlərindən qat-qat artıq maliyyə vəsaiti ayrılır. Karlo Mario Viqano dəhşətə gəldi. Belə ki, xristianlar üçün müqəddəs sayılan dövlət rüşvətlə idarə olunurdu. Əks təqdirdə, inşaat və bərpa işlərinə dair tenderlərdə eyni şirkətlər qalib gəlməzdi və Vatikandakı bütün işlər həmin şirkətlərə həvalə olunmazdı. Deməli, müqəddəs məkanı korrupsiyanerlər idarə edirdi. Keşiş Karlo Mario Viqano dərhal islahatlara başlamaqla xərcləri azaltmaq istədi. Buna cavab olaraq Vatikan rəhbərliyində kök salmış dindarlar mafiyası ona ləkə yaxmağa başladılar. Nəticədə, o, tutduğu vəzifədən uzaqlaşdırıldı. Keşiş işdən azad edilərək, bir növ ölkədən sürgün edildi, yəni ABŞ-a səfir göndərildi.

Xristianlara nə var ki? 100 dəfə günah edib, 101 dəfə tövbə etmək olar...

Aqil Hüseynov

O.M.