Türkiyə əhalisinin sayı 75 milyonu keçdi

Türkiyə əhalisinin sayı 75 milyonu keçdi

30 Yanvar 2012 23:50
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Statistika İnstitutu TurkStat əhalinin sayı haqda siyahı dərc edib. Siyahıda bildirilir ki, 2011-ci il ərzində Türkiyə əhalisi 1 milyon nəfərdən çox artaraq, 76 milyon nəfərə qədər yaxınlaşıb. Beləliklə, qardaş ölkə vətəndaşlarının sayına görə Avropanın aparıcı dövlətləri sırasına qatılıb. Türkiyə vətəndaşlarının 50,2%-i kişilərdən, 49,8%-i qadınlardan ibarətdir. Əhalinin 57 milyondan çoxu iri şəhərlərdə, qəsəbələrdə və rayon mərkəzlərində yaşayır. Ölkənin ən sıx şəhəri İstanbuldur ki, orada yaşayan sakinlərin sayı 14 milyona yaxındır.

Türk insanları yaş etibarı ilə yetkin sayılırlar. Belə ki, ölkədə yaşı 15-64 olanların sayı 50 milyondur.

O.M.