Moskvadan Düşənbəyə uçan təyyarədə qadın doğdu

Moskvadan Düşənbəyə uçan təyyarədə qadın doğdu

30 Yanvar 2012 20:59
Bəyəndim (0) Bəyənmədim (0)
"TajikAir" şirkətinin təyyarələrində artıq dördüncü dəfədir doğuş baş verir

Tacikistanın "TajikAir" şirkətinin təyyarəsində körpə dünyaya gəldi. İnterfax-ın məlumatına görə, 628-ci reyslə Moskvadan Düşənbəyə uçan Boinq 737-300 təyyarəsi enişə yarım saat qalmış, Özbəkistanın Səmərqənd səmalarında uçarkən hamilə qadının sancıları başlayıb və təyyarənin 120-ci oğlan sərnişini uçuş zamanı doğulub. Xoşbəxtlikdən sərnişinlər arasında həkim olub və ekstremal doğuşu o qəbul edib.

Tacikistan qanunlarına görə, hamilə qadın doğuşa 12 həftə qalmış təyyarədə səyahət edə bilər. Lakin hamilə qadınların saxta sənədlər təqdim etməsi nəticəsində, "TajikAir" şirkətinin təyyarələrində artıq dördüncü dəfədir doğuş baş verir.

Burda deyirlər, yerdə axtarırdım, göydə əlimə düşdün...

Murad Şahməmmədov

O.M.