Bəşər Əsədin ailəsi az qala inqilabçılara əsir düşəcəkdi

Bəşər Əsədin ailəsi az qala inqilabçılara əsir düşəcəkdi

30 Yanvar 2012 17:47
Bəyəndim (0) Bəyənmədim (0)
Suriya prezidentinin ailə üzvləri ölkədən qaçmaq istədilər

Britaniyanın "The Guardian" qəzetinin məlumatına görə, bu gün Bəşər Əsədin ailə üzvləri Suriya təhlükəsizlik qüvvələrinin köməyi ilə Suriyadan qaçmaq istəyiblər. Dövlət avtomobillərinin korteji Dəməşq aeroportuna doğru istiqamət alarkən ordudan fərarilik etmiş hərbi qüvvələr tərəfindən ələ keçirilib. Atışma zamanı B.Əsədin ailə üzvlərini daşıyan maşın təcili surətdə prezident iqamətgahına qayıtmalı olub. Fakt hələlik Suriya rəsmiləri tərəfindən nə təsdiq, nə də inkar olunub.

O.M.