Qarabağ cəbhəsində atəşkəs pozuldu

Qarabağ cəbhəsində atəşkəs pozuldu

30 Yanvar 2012 10:06
Bəyəndim (0) Bəyənmədim (0)
Düşmən cavab atəşi ilə susduruldu

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 29-da saat 14.40-dan 15.00-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

O.M.