V.Putin üzünü görmədiyi qardaşının məzarını tapdı

V.Putin üzünü görmədiyi qardaşının məzarını tapdı

29 Yanvar 2012 18:30
Bəyəndim (0) Bəyənmədim (0)
Viktor Vladimiroviç Putin 70 ildir vəfat edib

Rusiyanın Baş naziri Vladimir Putin Leninqradın blokadadan azad olunmasının 68-ci ildönümünə həsr olunmuş mərasimdə maraqlı bir etiraf edib. Baş nazirin sözlərinə görə, Leninqradın blokadası zamanı onun da böyük qardaşı vəfat edib və Piskaryov memorial məzarlığında basdırılıb. Lakin V.Putin qardaşının məhz hansı qəbirdə uyuduğunu bilmədiyini deyib: "Valideynlərimin dediyinə görə, 41-ci ildə körpələri evakuasiya etmək üçün ailələrdən alırdılar. Mənim anamın da uşağını xilas etmək üçün apardılar. Sonra məlumat verdilər ki, uşaq ölüb, lakin onun harada basdırıldığını demədilər. Böyük ehtimalla mənim də üzünü görmədiyim böyük qardaşım bu məzarlıqdadır." Bundan sonra Rusiya prezidentliyinə real namizəd olan V.Putin "Ana vətən" bürünc heykəli önünə əklil qoydu və veteranlarla görüşdü.

Prezidentliyə namizədin açıqlamasından sonra müharibəni araşdıran mütəxəssislər dərhal təhqiqata başladılar. Tezliklə belə bir qərara gəldilər ki, Baş nazirin qardaşı 1940-cı ildə doğulmuş, 1942-ci ilin iyununda həlak olmuş Viktor Vladimiroviç Putin ola bilər. Həmin şəxs Piskaryov məzarlığında basdırılıb.

Rusiya silahları ilə dünyanın dörd bir yanında qətlə yetirilən körpələrin də qardaşı var...

Murad Şahməmmədov

O.M.