Günün fotosu
Günün videosu
Şərhsiz
Bu gün İran sadə atom bombası hazırlaya bilər

Bu gün İran sadə atom bombası hazırlaya bilər

29 Yanvar 2012 17:34
728
Bəyəndim (0) Bəyənmədim (0)
"MAQATE İranda heç bir nəticə əldə edə bilməyəcək"

BMT-nin nüvə ekspertləri İranda araşdırma aparmaq üçün bu ölkəyə gəliblər. İRNA-nın məlumatına görə, Baş inspektor German Nakaertin (Belçika) başçılığı ilə İrana səfər edən müfəttişlər arasında MAQATE-nin ikinci siması Rafael Qrossi də var. Yeri gəlmişkən, beynəlxalq ekspertlərin səfəri İran neftinə qarşı embarqonun tətbiq edilməsinə dair səsvermədən bir gün əvvəl baş tutub. Həftənin ikinci gününə qədər İranda olacaq ekspertlər bu gündən etibarən ölkənin rəhbərləri ilə görüşlər keçirəcəklər. Görüşlər zamanı BMT-nin İran haqda dərc etdiyi noyabr hesabatı da müzakirə ediləcək. Həmin hesabatda İranın nüvə silahı əldə etməkdə israrlı olduğu bildirilir. Belə ki, bu ölkə tədqiqatlarını heç zaman dayandırmayacağını bildirməklə yanaşı, həm də bütün fəaliyyətini məxfi saxlayır.

MAQATE nümayəndələrinin uranın zəngləşdirilməsini həyata keçirən yeraltı Fordou obyektini ziyarət edəcəkləri ehtimal olunur. Həmin obyekt Tehranın cənubunda, Qum yaxınlığında dağlıq bunkerin dərinliyində yerləşir. Orda yerli nüvə mütəxəssisləri uranı 20 % zənginləşdirməyə nail olublar. Bu isə sadə atom bombasının istehsalına kifayət edir.
"The Daily Telegraph" qəzetinin ekspertlərinin fikrincə, MAQATE İranda heç bir nəticə əldə edə bilməyəcək. Belə ki, İran tərəfi həmişəki kimi vaxtı uzatmaqla bərabər ictimai fikri yayındırmaqla məşğul olacaq. İranın məqsədi növbəti ilə qədər vaxtı uzadaraq ilk nüvə silahını sınaqdan keçirməkdir.

İran barıt çəlləyinə bənzəyir. İstənilən ehtiyatsız hərəkət beynəlxalq partlayışa səbəb ola bilər...

Aqil Hüseynov

O.M.