Müxalifətlə toqquşmada 16 Suriya əsgəri öldü

Müxalifətlə toqquşmada 16 Suriya əsgəri öldü

29 Yanvar 2012 15:10
Bəyəndim (0) Bəyənmədim (0)
Ötən həftə ərzində 84 hərbçi öldürülmüşdü

Suriya mətbuatına istinadən İnterfax-ın yaydığı məlumata görə, bazar günü qarşıdurmalarda 16 Suriya əsgəri öldürülüb. Münaqişələr ölkənin şimal-qərbində və Dəməşq ətrafında baş verib. Məlumatda o da bildirilir ki, bugünkü qarşıdurmalarda 3 müxalifətçi məhv edilib.

Ümumiyyətlə, ötən həftənin çərşənbə axşamı günündən bəri Suriyada 229 nəfər öldürülüb ki, onlardan 84 nəfəri hərbçi, 145 nəfər dinc sakinlərdir.

Müsəlmana düşmən lazım deyil...

Aqil Hüseynov

O.M.