Günün havası

Günün havası

29 Yanvar 2012 14:52
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 29-da Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında məlumatı nəzərinizə çatdırırıq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan veriən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, günün ikinci yarısında qısa müddətə fasilə olacağı gözlənilir. Temperaturun gecə 3-5° şaxta, gündüz 0-2° şaxta olacağı gözlənilir. Bakıda gecə 3-5° şaxta, gündüz 0-2° şaxta olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 millimetr civə sütunundan 772 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaq. Yollar buz bağlayacaq.
Naxçıvan Muxtar Respublikasında qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, gündüz yağıntılarda qısa fasilə olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 5-10° şaxta, gündüz 0-4° şaxta olacaq. Yollar buz bağlayacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, gündüz yağıntılarda qısa fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, gündüz yağıntılarda qısa fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, gündüz yağıntılarda qısa fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 6-11° şaxta, gündüz 1-6° şaxta, dağlarda gecə 13°-18° şaxta, gündüz 6-10° şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, gündüz yağıntılarda qısa fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq. Yollar buz bağlayacaq.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, gündüz yağıntılarda qısa fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə və gündüz 0-4° şaxta, dağlarda gecə 7-11° şaxta, gündüz 4-7° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Arzu edirik ki, həyatınızda qarlı-tufanlı anlar yaşanmasın...

Günel Həbib