ABŞ terrorçu Taliban hərəkatı ilə danışıqlara başladı

ABŞ terrorçu Taliban hərəkatı ilə danışıqlara başladı

29 Yanvar 2012 12:20
Bəyəndim (0) Bəyənmədim (0)
Məqsəd qarşılıqlı etibar qazanmaq və Əfqanıstanda atəşkəsə nail olmaqdır

"The New-York Times" qəzetinin bugünkü məlumatına görə, ABŞ-ın rəsmi nümayəndələri Qətərdə Taliban hərəkatının rəhbərləri ilə ikitərəfli görüşə başlayıblar. Məqsəd qarşılıqlı etibar qazanmaq və Əfqanıstanda atəşkəsə nail olmaqdır. Danışıqlarda hərbi əsirləri dəyişmək məsələsi də müzakirə ediləcək. Qəzetin məlumatında o da bildirilir ki, rəsmi Vaşinqton danışıqların baş tutduğunu etiraf edib.

O.M.