Daha bir neçə gün qar olacaq

Daha bir neçə gün qar olacaq

29 Yanvar 2012 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 29-da Bakıda və Abşeron yarımadasında az qar yağacağı, günün ikinci yarısında yağıntıda qısa müddətə fasilə olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 3-5 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz yağıntılarda qısa müddətə fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Yollar buz bağlayacaq.
Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25 dərəcə şaxta olacağı gözlənilir.
Xəbərdarlıq
Ölkə ərazisində qeyri-sabit hava şəraitinin ayın sonunadək davam edəcəyi, şaxtalı keçəcəyi, fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Yanvarın 29-u, 30-na keçən gecə bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Yanvarın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin daha da kəskinləşəcəyi, qarın bəzi yerlərdə intensivləşəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək olacağı gözlənilir. Çovğun olacağı ehtimalı var. Gözlənilən şaxtalı, qarlı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlayacağı gözlənilir. 29-u günün ikinci yarısından 30-u gündüzədək yağıntılarda gözlənilən qısa fasiləyə baxmayaraq, şaxtalı hava şəraiti davam edəcək. Havanın temperaturu gecə 5-7 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta təşkil edəcək. Havanın minimal temperaturu 1-5 dərəcə şaxta təşkil edəcək. Ölkənin rayonlarında şimal-qərb küləyi 10-15 m/s, 29-da arabir 20-25 m/s-dək güclənəcək.

O.M.