İlyas Tapdıqın yaradıcılıq gecəsi təxirə salındı

İlyas Tapdıqın yaradıcılıq gecəsi təxirə salındı

28 Yanvar 2012 12:53
Bəyəndim (0) Bəyənmədim (0)
Şairin ailəsinə ağır itki üz verdi

Bir az öncə Oxumeni.az saytına verilən məlumata görə, Azərbaycanın tanınmış şairi İlyas Tapdıqın ailəsinə ağır itki üz verib. Belə ki, şairin həyat yoldaşı Münəvvər xanım dünən qəflətən dünyasını dəyişib.

Hazırda saytımızın əməkdaşı, Şəbnəm xanımın yaxın rəfiqəsi olan Mehriban başsağlığı vermək məqsədilə Tapdıqovlar ailəsigilə yollanıb. Əlavə edək ki, yaxın günlərdə mərhumun 75 illik yubileyi ilə əlaqədar yaradıcılıq gecəsi təşkil olunmalı idi, hansı ki, həmin gecənin aparıcısı elə saytımızın əməkdaşı Mehriban xanım təyin edilmişdi. Çox güman ki, mərasim təxirə salınacaq.

Oxumeni.az saytı və eyni adlı qəzetimizin kollektivi adından Şəbnəm xanıma, həmçinin, İlyas müəllimə başsağlığı verir, "Allah rəhmət eləsin!" – deyirik.

O.M.