Aborigenlər Avstraliyanın baş nazirini döydülər

Aborigenlər Avstraliyanın baş nazirini döydülər

27 Yanvar 2012 17:56
Bəyəndim (0) Bəyənmədim (0)
Səbəb hökumətin qərarı ilə "Aborigen səfirliyi"nin üzərindəki tentin sökülməsidir

Reuters-in məlumatına görə, Avstraliyada qalmaqal baş verib. Ölkənin aborigen əhalisi etiraz mitinqinə çıxaraq ölkə rəhbərliyinə qarşı kəskin şüarlar səsləndirib. Belə ki, ölkədə fəaliyyət göstərən rəmzi "Aborigen səfirliyi"nin üzərindəki tent hökumətin qərarı ilə götürülüb. Bu da yerlilərin etirazına səbəb olub.

Nümayişçilər parlament binası qarşısında gözlənilmədən Baş nazir Culio Qillard və müxalifət rəhbəri Toni Abbottaya hücum ediblər. Polislər güclə onları 1000 nəfər etirazçının əlindən ala biliblər. Nümayişdə "Biabırçılıq", "İrqçilər" kimi sərt şüarlar səsləndirilib.

Xatırladaq ki, adıçəkilən tent 40 ildir binanı bəzəyir və ölkənin simvollarından birinə çevrilib. "Aborigen səfirliyi"nin müəllifi Mayyul Anderson hökumətin bu addımını irqi münaqişəyə təhrik adlandırıb.

Qeyd edək ki, Avstraliyanın 23 milyon əhalisi var ki, onlardan 500 mini aborigenlərdir və yerlilər.

"Yersiz gəldi, yerli, qaç" məsəli burada deyilib...

Aqil Hüseynov

O.M.